Hörmətli istifadəçi!
Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi - MAS Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Prezidentin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin və 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamla təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ndakı maliyyə məhsul və xidmətləri barədə axtarış sisteminin yaradılması tapşırığının icrasına nail olmaq üçün hazırlanmışdır. MAS aşağıdakı məqsədlərə xidmət edir:
- Maliyyə-bank sistemində təqdim olunan məhsul və xidmətlərə dair bazar iştirakçıları və istehlakçıların bir mənbədən məlumatları əldə etməsinə, müqayisə apararaq əlverişli məhsul və xidməti seçməsinə;
- İstehlakçıların maliyyə xidmətlərinə çıxış imkanlarının asanlaşdırılmasına və bu xidmətlərdən istifadənin stimullaşdırılmasına;
- Maliyyə xidmətləri bazarında rəqabətin gücləndirilməsinə, təqdim olunan məhsul və xidmətlərin keyfiyyətinin artırılmasına və şərtlərinin yaxşılaşdırılmasına.
Beynəlxalq təcrübə əsasında yaradılmış bu Məlumat-Axtarış Sistemi müştərilərin maliyyə məhsul və xidmətləri arasında asanlıqla müqayisə aparılmasına imkan yaradan interfeyslə təmin olunmuşdur.
Mərkəzi Bank tərəfindən “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə maliyyə bazarında digər iştirakçıların qoşulması, həmçinin məhsul və xidmətlərinin çeşidinin artırılması üzrə işlər gələcəkdə də davam etdiriləcəkdir.
Hörmətlə, Azərbaycan Respublikasının Mərkəzi Bankı
Bizimlə əlaqə:
Ünvan: AZ1014, Azərbaycan Respublikası, Bakı şəhəri., R.Behbudov küç. 90
Tel.: +994 12 493 11 22 (daxili 249)
Mərkəzi Bankın qaynar xətti: 966
E-mail: infobank@cbar.az
Ana səhifə